Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:24

Mayın 1-dən taxıla və una ƏDV bərpa edilir


«İndi yerlərdə Azərbaycan fermerlərinin istehsal etdiyi taxıl həddindən artıq çoxdur»

«İndi yerlərdə Azərbaycan fermerlərinin istehsal etdiyi taxıl həddindən artıq çoxdur»

Mayın 1-dən ölkəyə xaricdən gətirilən taxıla və una əlavə dəyər vergisi (ƏDV) bərpa edilə bilər.

Bu barədə ANS-ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib. Bildirib ki, bu, fermerlərin taxıl satışındakı problemlərinin həllinə kömək edəcək.

Sabir Vəliyev deyir ki, artıq bununla bağlı təkliflər hökumətdə müzakirə olunur:

«Bir il müddətinə idxal olunan taxıl əlavə dəyər vergisindən azad olunmuşdu ki, ucuz qiymətə taxıl çox gətirilsin. Amma indi yerlərdə Azərbaycan fermerlərinin istehsal etdiyi taxıl həddindən artıq çoxdur. Həm də xaricdən 2007 və 2008-ci illərdə xeyli taxıl gətirilib. Hazırda anbarlarda, çörəkbişirmə sənayesində, müxtəlif şirkətlərdə, firmalarda da taxıl həddindən artıq çoxdur və yerli taxıl alınmır. Unun qiyməti də çox aşağı düşüb. Daxili bazarı qorumaq üçün biz Nazirlər Kabinetindən xahiş etmişik ki, aprelin 30-dan əlavə dəyər vergisinin tətbiqinə başlanılsın. Bu müddət uzadılmayacaq».

Nazirlər Kabinetinin qərarı ilə 2008-ci il aprelin 1-dən ölkəyə idxal olunan ərzaq buğdası və un ƏDV-dən azad edilib. Qərarın müddəti bu il aprelin 1-də başa çatıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG