Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:19

Gürcüstan "Ağ axın" adlanan layihəyə qoşulub


Gürcüstan "Ag axın" adlanan layihəyə qoşulmaqla bağlı memorandum imzalayıb.

Layihədə Orta Asiya,Gürcüstan, Ukrayna və Avropanı birləşdirən qaz kəmərinin tikintisi nəzərdə tutulur.

İnterfaksın məlumatına görə artıq 2012-ci ildə bir hissəsi Qara dənizin dibindən keçəcək kəmərin tikintisina başlamaq planlaşdırılır.

İlkin mərhələdə il ərzində kəmərlə 8 milyard kub metr qaz daşınması nəzərdə tutulub.

Amma agentliyin məlumatına görə bu kəmərlə qaz göndərəcək ölkələr hələlik tam dəqiqləşdirilməyib.
XS
SM
MD
LG