Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Hacıqabuldakı qəzada xəsarət alanların vəziyyətinin normal olduğu deyilir


İyunun 5-də Hacıqabul rayonu ərazisində baş verən qəzanın nəticələri aradan qaldırılır. Yevlax istiqamətində Muğan-Qarasu dəmiryolunda axşam saat 23:10-dan başlayaraq qatarların hərəkəti artıq bərpa olunub. Bu barədə «Azadlıq» radiosuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının rəhbəri Sahib Aslanov məlumat verib.


İyunun 4-dən 5-dən keçən gecə Muğan stansiyası yaxınlığında içində neft məhsulu olan 15 sistern dəmiryolundan çıxmışdı. Hadisəyə səbəb kimi havanın temperaturunun yüksəkliyi nəticəsində relslərin genişlənməsi göstərilir.


Sahib Aslanovun bildirdiyinə görə, qəzada xəsarət alan dörd nəfərin vəziyyəti normaldır.


Günün bütün mövzuları

XS
SM
MD
LG