Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

Dövlətin QHT-lərə dəstəyi şəffafdırmı?


Azay Quliyev
«Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əlindən gələni edir ki, büdcə vəsaiti maksimum şəffaf xərclənsin».

Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Şuranın sədri Azay Quliyev bildirib. O qeyd edib ki, Şuranın 2009-cu il üçün elan etdiyi qrant müsabiqəsinə 569 layihə təqdim olunub. Büdcədən ayrılmış 2 milyon 68 min manat vəsaitin əsas hissəsinin taleyi də artıq məlumdur:

«14 prioritet istiqamət üzrə təqdim olunan 226 layihəyə ayrılan vəsaitin ümumi məbləği 1 milyon 848 min manatdır».

A. Quliyev deyir ki, büdcə vəsaitinin qalan hissəsi il ərzində təqdim olunan ən innovativ layihələrə ayrılacaq.

Şura sədri qaliblərin adlarının Şuranın web-səhifəsində yerləşdirildiyini deyib.

Sahib Məmmədov
Şuraya üzv olan hüquq müdafiəçisi Sahib Məmmədov isə deyir ki, layihələri dəyərləndirən ekspert qrupunun üzvlərinin kim olduğunu indiyə qədər öyrənə bilməyib.

A. Quliyev ekspertlərin kimliyinin sirr saxlanmasını belə izah edir:

«Biz QHT-lərin ekspertlərlə təmasa girərək hansısa sövdələşmələrə girməsini istəmirik».

Şuranın sədri də, üzvü də deyir ki, dövlət dəstəyi alan təşkilatların hakimiyyətə münasibəti önəm daşımır.

Diskussiyanı audio formatda dinləyin.
XS
SM
MD
LG