Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08
Azərbaycanda prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

Ölkə başçısının aprelin 3-də imzaladığı fərmana görə Prezidentin Administrasiyası və Azərbaycan Mətbuat Şurası Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təkliflərini bir aya prezidentə verməlidirlər.

Fondun xərcləri hər il dövlət büdcəsində ayrıca göstəriləcək.

Bu ilin büdcəsində mətbuata yardım üçün 1.3 milyon manat ayrılması nəzərdə tutulur. Gözlənir ki, həmin vəsaiti bu fond xərcləyəcək.

Prezident keçən il də 38 qəzet və informasiya vasitəsinin hər birinə 5 000 manat yardım ayırmışdı.

Amma yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda mətbuatın inkişafı üçün əslində hakimiyyətin söz azadlığı prinsipinə baxışının dəyişməsinin vacib olduğunu deyirlər.

Azərbaycan mətbuatın vəziyyətinə görə «Freedom House», «Amnesty International» və başqa nüfuzlu beynəlxaq insan hüququları təşkilatlarının hesabatlarında tənqid edilib. Hazırda ölkədə bir neçə jurnalist həbsdədir. Huüquq-müdafiə təşkilatları onların mətbuatdakı yazılarına görə həbs olunmuş siyasi məhbuslar olduqlıarını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG