Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:30

Türkiyə NATO-nun yeni baş katibliyinə namizədə vetyo qoya bilər


Danimarkanın baş naziri Andres Fogh Rasmussen bu gün NATO-nun baş katibi vəzifəsinə namizəd olduğunu təsdiqləyib. Alyansın aprelin 3-də Fransa və Almaniyada başlayan iki günlük sammitində üzv ölkələrin liderləri yeni baş katibin seçilməsi məsələsini də müzakirə edəcəklər.

56 yaşlı Andres Fogh Rasmussen müsəlmanları qəzəbləndirib. O, 2006-cı ildə Danimarka mətbuatında Məhəmməd Peyğəmbərin karikaturalarının çağını söz azadlığının ifadəsi kimi qiymətləndirmişdi.

Danimarkanın baş naziri Türkiyənin Avropa Birliyinə qoşulmasının da əleyhinə çıxış etdiyinə Ankaranın sevmədiyi biridir. Ona görə də NATO üzvü olan Türkiyə Andres Fogh Rasmussenin baş katib olmasına razılaşmayacağını bildirib.
XS
SM
MD
LG