Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

Mirzə Sakitin ailəsi iyunun 23-nü gözləyir


«Mirzə Sakit azadlığa buraxılacağına ümid etmir. Ona görə də hamımız iyunun 23-nü - onun cəza müddətinin bitməsi gününü gözləyirik».

«Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova «Azadlıq» radiosuna belə deyir.

Rəna Zahidova aprelin 3-də 10 saylı cəzaçəkmə müəssisəsində saxlanan M.Sakitlə görüşüb.

R.Zahidovanın sözlərinə görə, Mirzə Sakit haqqındakı amnistiya qərarı yerinə yetirilmədiyi üçün məhkəməyə etdiyi müraciəti geri götürməyib. Bir sıra media orqanlarında bununla bağlı yayılan xəbərlər yanlışdır.

Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il martın 17-də qüvvəyə minən amnistiya aktı ilə cəzasının qalan hissəsindən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG