Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:30

Obama NATO–ya Əfqanıstanla bağlı strategiyanı təqdim edəcək (video)


ABŞ prezidenti Barak Obama iki günlük NATO sammitinin keçirildiyi zamanda Strasburqa səfər edib. Onun sammitdə iştirak edərək ittifaqın 28 üzvinə Əfqanıstandakı müharibə ilə bağlı yeni strategiyanə təqdinm edəcəyi gözlənilir. Sammitə qatılmadan öncə isə Obama Strasburqda Fransa prezidenti Nikola Sarkozi ilə görüşub.


Strasburqdan sonra ABŞ prezidenti Almaniyanın Baden-Baden şəhərinə səfər edəcək və oarda Almaniya kansleri Angela Merkellə danışıqlar aparacaq.

Aprelin 3-ü axşam saatlarında Baden-Badendə şam yeməyi ilə NATO samittinin açılışı olacaq.

NATO-nun 60 illiyi çərçivəsində təşkil olunan bu sammitdə quruma üzv ölkələrin hökumət və dövlət başçıları əsasən təşkilatın üzləşdiyi ümumi və strateji məsələləri, NATO-nun Əfqanıstan strategiyasında irəliləyişləri müzakirə ediləcək. 28 NATO ölkəsi liderləri ittifaqın üzləşdiyi çətinliklər barədə debat aparacaqlar. Fransa rəsmi olaraq quruma tamhüquqlu üzv kimi qəbul olunacaq. Xorvatiya və Albaniya isə 27-ci və 28-ci ölkələr kimi quruma daxil ediləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG