Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36

«İctimai yerlərdə siqaretdən istifadə idarəolunmaz dərəcədə çoxalıb»


«Artıq orta və ali məktəblər də daxil olmaqla ictimai yerlərdə siqaretdən istifadə idarəolunmaz dərəcədə çoxalıb. Bu səbəbdən prosesə qanunla müdaxilə edilməsinə ciddi ehtiyac var».

Bu sözləri Milli Məclisin aprelin 3-də keçirilən iclasında parlamentin Səhiyyə Məsələləri Daimi Komissiyasının üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, komissiyadakı deputatlar ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi hazırlayıb. Deputat spikerdən qanun layihəsinin yaz sessiyasının gündəliyinə salınmasını xahiş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG