Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:20

Oqtay Əsədov: «Bu, Azərbaycanın xeyrinə deyil»


Spiker onu da deyib ki, türkiyəli millət vəkilləri də Bakıya dəvət olunaraq burada konfransı keçiriləcək

Spiker onu da deyib ki, türkiyəli millət vəkilləri də Bakıya dəvət olunaraq burada konfransı keçiriləcək

«Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın xeyrinə deyil». Milli Məclisin aprelin 3-də keçirilən iclasında spiker Oqtay Əsədov belə deyib.

O, bildirib ki, Türkiyə Böyük Millət Məclisindən azərbaycanlı qadın deputatlara dəvət gəlib. Onlar həm Türkiyə parlamentində, həm də siyasi partiya rəhbərləri ilə görüşlərində bu məsələni müzakirə edəcəklər.

Spiker onu da deyib ki, türkiyəli millət vəkilləri də Bakıya dəvət olunaraq burada konfransı keçiriləcək.

Oqtay Əsədov bildirir ki, bəzi politoloqlar elə hesab edirlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması guya Azərbaycanın xeyrinədir: «Amma bu, heç də Azərbaycanın xeyrinə deyil».

Milli Məclisin iclasında deputat İqbal Ağazadə Türkiyə-Ermənistan sərhədlərinin açılması və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin indiki mərhələsi ilə bağlı parlamentin qapalı iclasını keçirilməsini təklif edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG