Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27

«Gürcüstan intiqam almaq istəyir»


Rusiya Gürcüstan prezidenti Mixeil Saakaşvilini keçən ilin avqustunda olan Rusiya-Gürcüstan münaqişəsindən sonra Qafqazda «intiqam» axtarmaqda ittiham edib. Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Andrey Nesterenko Saakaşvilinin həftənin əvvəli ABŞ Silahlı Qüvvələrinin qərargah başçılarının birləşmiş komitəsinin sədr müavini, general Ceyms Kartraytın Gürcüstana səfəri zamanı dediyi sözləri xatırladıb. Saakaşvili generalla görüşəndə demişdi ki, Gürcüstan «daha güclü» silahlı qüvvələrini quracaq.

Nseterenko jurnalistlərə deyib ki, Saakaşvilinin bu bəyanatı onu göstərir ki, Tbilis «müharibə dərslərindən nəticə çıxarmayıb» və «intiqam» axtarır.

Gürcüstan prezidenti peneralla görüşdən əvvəl demişdi ki, Gürcüstan öz hərbi qüvvələrini yenidən qurmağa hazırdır.

Keçən il Rusiya və Gürcüstan arasında yaşanmış münaqişədən sonra ABŞ hərb mütəxəssisləri Gürcüstan hərbi qüvvələrini bərpa etmək və yenidən qurmaq sahəsində ölkəyə yardım edirlər.
XS
SM
MD
LG