Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:28

Fransada polislə etirazçılar arasında toqquşmalar olub


Fransada, Strasburda, cümə günü keçirilməsi nəzərdə tutulan NATO-nun yubiley sammitindən öncə bu ölkədə polislə etirazçılar arasında toqquşmalar olub.
Səkilərdən qopardılan daşlarla silahlanan etirazçılar şüşələri qırıb, zibi yeşiklərini yandırıb polisə hücum eləyiblər. Polis yüzlərlə aksiya iştirakçısına qarşı gözyaşardıcı qazdan istifadə eləyib. Azı 12 nəfər həbs olunub.

Ikigünlük NATO sammitinin təhlükəsizliyini təmin eləmək üçün Strasburda və qonşuluqdakı Almaniya şəhərləri olan Kel və Baden-Badendə minlərlə polis hazırlıq vəziyyətinə gətirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG