Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:07

Böyük 20-lik böhranla mübarizəyə 1 trilyon dollar ayırdı


Böyük 20-liyin liderləri Londonda keçirilən sammitdə iqtisadi böhranla mübarizə aparmaq üçün tədbirlər planıyla bağlı razılığa gəliblər.

Danışıqların sonunda Britaniyanın Baş naziri Qordon Braun deyib ki, onlar bu günə kimi misli gprünməıyə həcmdə stimullaşdırma paketini razılaşdıra biliblər. və bu tədbirlər dünya iqtisadiyyatını daha sabit hala gətirmək üçün təminat olacaq.

Braunun sözlərinə görə, onlar Beynəlxalq Valyuta Fonduna böhranla mübarizə apara bilmək üçün təcili 1 trilyon dollar ayıracaqlar. Üstəlik, qarşıdakı iki ildə də təcili məqsədlər üçün daha 250 milyard dollar ayrılacaq. Ümumilikdə Böyük 20-lik ölkələri böhranın nəticələrini aradan qaldırmaq üçün 20-10cu ilə qədər dünya iqtisadiyyatına 5 trilyon dollara qədər vəsait xərcləyəcəklər.

Sammit ölkələri həm də qərara alıblar ki, dünya iqtisadiyyatını sabitləşdirmək üçün proteksionimz meylləri ilə mübarizə aparsınlar və dünya ticarətini asanlaşdırsınlar. Bundan ötrü informasiya bölüşməkdən imtina edən off-şor zonaların ləğvi də nəzərdə tutulur.

Bank-maliyyə sistemini sağlamşadırmaq üçün isə bönuslar və faizlərin ödənilməsi sistemlərində də dəyişiklər ediləcək.

Qordon Braun son olaraq bildirib ki, daha kasıb ölkələrə yardım eləmək ehtiyacı yaranarsa, Beynəlxalq Valyuta Fondu qızıl ehtiyatlarını da sata bilər.
XS
SM
MD
LG