Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:59

Azərbaycan dövləti zərərçəkənə 25 min avro təzminat ödəyəcək


Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın 25 min avro təzminat ödəməsinə qərar verib. 2003-cü ilin oktyabrında zərər çəkən qadının hüquqlarını pozduğu üçün.

Avropa İnsan Haqları Məhkəməsinin aprelin 2-də verdiyi qərarla Mahirə Muradovanın şikayətini təmin eləyib.

İddia ərizəsində Mahirə Muradova bildirmişdi ki, 2003-cü ilin oktyabr hadisələri zamanı polis zorakılığına məruz qalıb və aldığı zərbələrdən sağ gözü görmə qabiliyyətini itirib.

Avropa Məhkəməsi qərar alıb ki, Mahirə Muradovanın işgəıncələrə məruz qalmamaq hüququ və ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan dövləti tərəfindən təmin olunmayıb. Buna görə Azərbaycan dövləti iddiaçıya 25 min avro maddi təzminat ödəməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG