Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:36

5-ci maddə nə vaxt tətbiq oluna bilər?


NATO əsgərləri Əfqanıstanda. 27 iyul 2008
NATO əsgərləri Əfqanıstanda. 27 iyul 2008
146 sözdən ibarət 5-ci maddənin mahiyyəti onun giriş cümləsində verilir: «Tərəflər razılığa gəlirlər ki, Avropada və ya Şimali Amerikada onların bir və ya bir neçəsinə qarşı silahlı hücum, onların hər birinə qarşı hücum hesab ediləcək».

NATO-nun bu qarşılıqlı müdafiə öhdəliyi heç vaxt sınaqdan keçirilməyib. 5-ci maddə yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda terror aktlarından sonra tətbiq edilib. Bu da Amerikanın NATO-dakı müttəfiqlərinin bir həmrəylik jesti kimi qiymətləndirilir.

Romada NATO Müdafiə Kollecinin tədqiqatlar şöbəsinin rəhbəri Karl-Heinz Kamp bu yaxınlarda «Azadlıq» radiosuna müsahibəsində «Soyuq müharibə» illəri ilə bugünkü gün arasındakı ziddiyyətə diqqət çəkib:

«İndiki təhlükəsizlik mühitində 5-ci maddənin nə vaxt tətbiq ediləcəyinə arxayınlıq yoxdur. Keçmişdə bu, kifayət qədər aydın idi – döyüş oyunlarındakı kimi, Varşava Paktının ilk əsgərləri Qərbi Almaniya torpağına qədəm qoyardısa, demək 5-ci maddə işə düşürdü». Sovet İttifaqı dağılandan sonra təhlükənin mənbəyi dəyişib. Əfqanıstan bu məsələdə indiyə qədər olan ən aydın misaldır. Müttəfiqlərin demək olar ki, hamısı bu fikirdədirlər ki, regionda terroristlərin dəfolunmayan fəaliyyəti həm də onların milli təhlükəsizliyi üçün bir hədədir.
Sözsüz ki, təcavüzə reaksiya verib-verməmək və necə reaksiya vermək qərarı həmişə siyasi qərar olub. Bu fakt 5-ci maddədə də öz əksini tapıb. Müttəfiqlər öhdəlik götürüblər ki, hücumlara dərhal, fərdi və digər tərəflərin razılığı ilə cavab verəcəklər
Almaniyanın keçmiş müdafiə naziri Piter Strak 2002-ci ildə demişdi ki, onun ölkəsinin təhlükəsizliyi həm də Əfqanıstanın Hindu Kuş dağlarında müdafiə olunur.

Birləşmiş Ştatlar da daxil əksər NATO müttəfiqləri, hələ də Rusiyanı əsas təhlükə mənbəyi kimi görmürlər.

Karl-Heinz Kamp deyir ki, təhlükələr indi daha mürəkkəbdir, daha yaxşı ört-basdır edilir və daha müəmmalıdır. Və bütün bunlar həmin təhlükələrə qarşı durmağı daha da çətinləşdirir.

«Sən hardansa təhlükənin gəldiyini və ya hardasa təhlükənin artdığını görürsən, əmin ola bilmirsən ki, bu, həqiqətən də təhlükədir, yoxsa nəsə başqa şey. Belə ki, 5-ci maddənin nə vaxt real tətbiq olunacağı sual altındadır».

Sözsüz ki, təcavüzə reaksiya verib-verməmək və necə reaksiya vermək qərarı həmişə siyasi qərar olub. Bu fakt 5-ci maddədə də öz əksini tapıb. Müttəfiqlər öhdəlik götürüblər ki, hücumlara dərhal, fərdi və digər tərəflərin razılığı ilə cavab verəcəklər.

NATO-nun yeni, eks-sovet müttəfiqləri qorxurlar ki, Qərbi Avropada bəzi müttəfiqlər bu ikimənalılığı Rusiya ilə keçmişdə onun hakimiyyəti altında olan ölkələr arasında konflikt yaratmaqda istifadə edə bilərlər. Fransa tez-tez Qərbin bu qorxulu ssenarisində şübhəlilərdən biri hesab olunur.

Amma Parisin Strateji Tədqiqatlar üzrə Fondunun xüsusi məsləhətçisi Francois Heisbourq deyir ki, Fransa 5-ci maddənin vacibliyi ilə bağlı istənilən gələcək müzakirələrdə yeni müttəfiqlərin mövqeyi ilə razılaşacaq.

Romada NATO Müdafiə Kollecinin tədqiqatlar şöbəsinin rəhbəri Karl-Heinz Kamp isə deyir ki, bu ay keçiriləcək NATO-nun 60 illiyi ilə bağlı sammitdə müzakirələrin əsas fokusu bu müəmma ilə bağlı olacaq. Başqa sözlə Alyansın 5-ci maddə ilə bağlı nə etməli olduğu müzakirə olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG