Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:23

Aprelin 3-də TQDK-nın sınaq imtahanlarına qeydiyyat başlayır


Ali məktəblərə qəbul olunmaq istəyən gənclər üçün aprelin 12-də sınaq imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 2-də imtahanların şərtlərini elan eləyib.

TQDK-nın məlumatına görə, sınaq imtahanları 14 şəhər və rayonda təşkil olunacaq. İmtahanda iştirak üçün qeydiyyat yalnız internet vasitəsilə mümkündür.

Bunun üçün xüsusi ödəmə kartı hazırlanıb, Kartları aprelin 3-dən (sabahdan) yerli poçt şöbələrindən əldə etmək olar.

1 ödəmə kartıyla abituriyentlər iki sınaq imtahanına qatıla bilər.
XS
SM
MD
LG