Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Sumqayıtda külli miqdarda vergidən yayınma faktı aşkarlanıb


Vergilər Nazirliyinin (VN) Sumqayıt şəhərindəki «Karvan» İstehsal Kommersiya Şirkəti (İKŞ) və «Karvan» market mağazasında keçirdiyi yoxlamalar nəticəsində külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırıldığı məlum olub. VN-in Mətbuat Xidmətinin bu haqda yaydığı məlumatda deyilir ki, Əhədov Ağamirzə Qulam oğlunun rəhbərlik etdiyi «Karvan» İKŞ-də 600-ə yaxın satış piştaxtalarının və mağazaların ayrı-ayrı şəxslərə, «Karvan» market mağazasının isə fiziki şəxs Rüstəmov Zahid Qubad oğluna icarəyə verildiyi müəyyən edilib: «Şirkətin «Kolxoz bazarı» adlanan ərazisində kənd təsərrüfatı və ət-süd məhsullarının satışı üçün nəzərdə tutulmuş 400-yə yaxın satış piştaxtalarının hər birindən konkret şəxslər tərəfindən gün ərzində təxminən 20-80 AZN icarə haqqı yığıldığı, yerlərin sayını azaltmaqla bərabər 20 qəpiklik qəbz yazıldığı, əldə edilmiş ilkin sənədlərə əsasən ay ərzində həmin ərazidə ümumilikdə təxminən 100 mindən yuxarı AZN icarə haqqı yığıldığı müəyyən edilib. İlkin hesablamalara görə, həmin univermağın ərazisindən ümumilikdə təxminən 200 min AZN-ə yaxın miqdarında icarə haqqı yığılır».


VN-in məlumatında bildirilir ki, univermağın birinci mərtəbəsində şirkətə məxsus 15 satış şöbəsi fəaliyyət göstərən «Karvan» market mağazası sahibkar Zahid Rüstəmova hər ayı 10 min ABŞ dolları olmaqla icarəyə verilib, lakin müqavilədə cüzi məbləğ qeyd olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG