Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:40

Bakının Baş Planı bizi nə ilə təəccübləndirəcək?


Sonuncu dəfə Bakının Baş Planı 1987-ci ildə təsdiqlənib

Sonuncu dəfə Bakının Baş Planı 1987-ci ildə təsdiqlənib

İllərdir haqqında söz açılan Böyük Bakının Regional İnkişaf Planı hansı mərhələdədir? Şəhərin Baş Planı bizi nə ilə təəccübləndirəcək? Bakı bizi heyrətləndirəcək dərəcədə dəyişəcəkmi?

«Azadlıq» radiosunun «Can Bakı» proqramının suallarını Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev cavablandırır.

C.Qocayev deyir ki, Böyük Bakının Regional İnkişaf Planı Azərbaycan Arxitektorlar İttifaqı İdarə Heyətinin iclasında geniş müzakirəyə çıxarılıb:

«Yığıncağa ölkənin 40-a yaxın şəhərsalma mütəxəssisi qatılıb. İclas zamanı yerli şəhərsalma mütəxəssislərinə müraciət olunub ki, onlar Planın icrası ilə bağlı tenderdə iştiraka buraxılmaq üçün aprelin 10-a qədər ərizə versinlər. Nəticədə seçiləcək peşəkar icraçılar Planın yerinə yetirilməsi üçün tenderdə iştirak edəcək 6 şirkəti müəyyənləşdirəcəklər».

Şöbə müdirinin sözlərinə görə, Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasına 5 milyon dollar ayrılıb. Bu vəsaitin 4 milyonu Dünya Bankı, 1 milyonu isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək.

C.Qocayev bu məsələdə yerli memarların xeyli astagəl olmasından gileylənir:

«Səbəb də əsas onunla bağlıdır ki, memarların əksəriyyəti ayrı-ayrı tikililər sahəsində ixtisaslaşıblar. Ümumiyyətlə, bizdə şəhərsalma sahəsində memarlar qıtdır. Memarlarımızın bir qismi hələ də sovet dönəmindəki kimi təklif gözləyirlər».

Hələlik Bakının Baş Planın hazırlanmasına başlanılmayıb. C.Qocayev bildirir ki, Şəhərsalma və Arxitektura Komitəsi yalnız «Şəhərsalma əsaslandırması» adlı sənəd hazırlayıb ki, müvafiq Baş Plan olmadan da müəyyən ərazinin şəhərsalma əsaslandırması hazırlana bilər:

«Uzun müddət üçün ehkam kimi baş plan hazırlamağa ehtiyac yoxdur. Bizim komitə dinamik bir sənədin hazırlanmasının tərəfdarıdır».

Sonuncu dəfə Bakının Baş Planı 1987-ci ildə təsdiqlənib.

Şərhləri göstər

XS
SM
MD
LG