Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

Azərbaycan ordusunun manqa komandiri əsgərini öldürdüyü üçün cəza aldı


Əsgər yoldaşını öldürənə 13 il həbs cəzası verildi. Aprelin 2-də Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə əsgər yoldaşını qətlə yetirməkdə günhlandırılan “N” saylı hərbi hissənin əsgəri Teymurxan Səlimova hökm oxunub.

Məhkəmədən verilən məlumatda qeyd olunur ki, manqa komandiri olan Səlimov məhkəmə istintaqı zamanı özünü təqsirli bilib.

İttihama görə, cinayət 2008-ci ilin oktyabr ayında baş verib. Manqa komandiri olan Teymurxan Səlimov əmrini yerinə yetirmədiyinə ğörə, əsgər yoldaşı Ruslan Teymurovla mübahisə edib. Münaqişə zamanı Ruslan Teymurov komandirini - Teymurxan Səlimovu rəhbərliyə şikayət eləmədkə və satqınlıqda günahlandırıb.

Bu sözlərdən qəzəblənən manqa komandiri Teymurxan Səlimov isə bir neçə gün sonra “Kalaşnikov” avtomatıyla əsgər yoldaşını güllələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG