Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:07

Kompyuter mərkəzindəki partlayışda 5 nəfər xəsarət alıb


İyunun 4-dən 5-nə keçən gecə Bakının Dilarə Əliyeva küçəsindəki 2 mərtəbəli yaşayış evinin birinci mərtəbəsindəki kompyuter mərkəzində partlayış baş verib. Nəticədə 5 nəfər xəsarət alıb.


Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Mehman Vahabov «Azadlıq» radiosuna bildirib ki, xəsarət alanların vəziyyəti ağır olduğundan hələlik hadisəni təfərrüratı ilə öyrənmək mümkün deyil: «Qaz sızmasından və ya rəngləmə zamanı aseton yığılmasından partlayış baş verib və yanğın olub. Partlayış baş verən yerdə qaz yoxdur, zirzəmidən və ya başqa yerdən qaz sıza bilər. Ancaq bu ilkin versiyadır».


Partlayışdan binaya ciddi zərər dəyməsə də, yolun kənarında dayanan maşınlar zədələnib.






XS
SM
MD
LG