Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:02

Qazax rayonunda üç ədəd «Eldar şamı» kəsilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Qazax rayonunda üç ədəd «Eldar şamı»nın qanunsuz kəsilməsi faktını aşkarlayıb. Nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, araşdırma zamanı ərazinin Qazax bələdiyyəsi tərəfindən qanunsuz olaraq tikinti aparmaq məqsədi ilə satıldığı müəyyən edilib. Hazırda faktla bağlı sənədləşdirmə işləri həyata keçirilir.


«Eldar şamı» Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına düşüb, qiymətli ağac növü hesab edilir.





Günün bütün mövzuları

XS
SM
MD
LG