Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:28

İranda etirazlar... rəsmi qəzetin karikaturası hökumətin problemlərinin də aynasına çevrilir


Təbriz Universiteti tələbələrinin nümayişi, 22 may 2006

Təbriz Universiteti tələbələrinin nümayişi, 22 may 2006

“Azadlıq” radiosunun canlı efirdə təşkil etdiyi müzakirəyə Təbrizdən qatılan Günəş partiyasının sədri Manuçöhr Əzizi bildirir ki, etiraz dalğası bir qədər səngiyib. Ancaq bu, o demək deyil ki, hər şey bitib: «Bu sakitlik ictimai-siyasi qasırğadan, tufandan əvvəl yaranmış sakitliyə bənzəyir. Bu, sabahı bəlli olmayan sakitlikdir».


Cümə axşamı keçirilən müzakirədə Azərbaycanın İrandakı səfirliyinin keçmiş əməkdaşı Sədrəddin Sultan bildirdi ki, hazırda İranda baş verənlər tək bir karikaturaya etiraz deyil. Bu, zaman-zaman yığılmış etirazların son böhran həddidir: «Azərbaycan türkü özünün hər hansı milli bayramını qeyd etmək, Xocalı, 20 Yanvar kimi faciələri anmaq üçün toplaşmaq istəyəndə, hakimiyyət problem yaradır... Azərbaycan ziyalıları İranın hakimiyyət orqanlarına müraciət edib, öz dilində dərs almaq istəyirsə və hakimiyyət buna etinasız yanaşırsa, millət neyləməlidir?»


Söhbətə Almaniyadan qoşulan İranın mənəvi liderlərindən olan Ayətulla Şəriətmədarinin oğlu Həsən Şəriətmədari isə hesab edir ki, son günlər İranda davam edən etirazlar etnik problemlərlə bağlı deyil. Cənab Şəriətmədarinin fikrincə, baş verənlər daha çox diktatura üsul-idarəsindən yaranan problemlərdir. O, İranda hakim rejimin etnik, dil, fikir plüralizmini heç cür qəbul edə bilmədiyini söyləyir: «Rzaşah zamanından qalmış panfarsizm indiki hökumətdə də davam edir. Amma hökumət, ya da etnik farslar içərisində şovinizm yoxdur... Hökumətdəkilərin çoxu azərbaycanca danışır, əsli azərbaycanlıdır. Amma icazə vermirlər ki, xalq öz dilində danışsın. Çünki hökuməti itirməkdən qorxurlar. Bu qorxu əsnasında dili də öz nəzarətlərində saxlayırlar. Bilirlər ki, xalqın təfəkkürünün inkişafı məhz ana dili ilə ola bilər...».


“Azadlıq” radiosunun canlı efirdə təşkil etdiyi müzakirəyə Azərbaycan və İrandan da xeyli dinləyicilər qoşulub.


DİNLƏYİN!


XS
SM
MD
LG