Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:45

AMİP İran səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib


İyunun 2-də Milli İstiqlal Partiyasının (AMİP) üzvləri İranda yaşayan azərbaycanlıların təhqir olunması və hüquqlarının pozulmasını əsas gətirərək bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstəriblər. Polis aksiyaya imkan verməyib və bir neçə nəfəri saxlayıb. Bununla belə, aksiya iştirakçıları qətnaməni səfirliyin əməkdaşlarına təqdim ediblər.


Partiyanın sədri Ayaz Rüstəmovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, saxlananların sayı altı nəfər olub. Polis bölməsində onlardan izahat alındıqdan sonra sərbəst buraxılıblar.


Cənab Rüstəmov bildirir ki, İranda yaşayan azərbaycanlılar təhqir olunduğundan AMİP daha geniş kütləvi aksiyalar keçirmək haqda qərar qəbul edib.




XS
SM
MD
LG