Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:44

“Yeni Müsavat”: “Prezidentlərin Buxarest görüşü Qarabağ münaqişəsinin nizamlanması baxımından həlledici ola bilər”


“Yeni Müsavat” qəzetində bildirilir ki, İlham Əliyevlə Robert Koçaryan arasında Buxarestdə keçiriləcək görüş Qarabağ münaqişəsinin nizamlanması baxımından həlledici ola bilər. Ermənistanda hesab edirlər ki, indi prezidentlər razılaşma əldə etməyə həmişə olduğundan daha çox yaxındırlar. "Eurasianet" araşdırma qrupunun saytında yerləşdirilmiş məqalədə isə deyilir ki, Əliyevlə Köçaryanın razılıq əldə etməməsi regiondakı ən təhlükəli münaqişənin həllinin azı 2009-cu ilədək uzanması demək olardı.


“Ayna” qəzetindəki “İranda etnik müharibə gözlənilir” başlıqlı məqalədə İran Azərbaycanındakı mənbələrə istinadən bildirilir ki, İranda hamı qarşıda baş verəcək böyük silahlı toqquşmaya hazırlaşır. Bildirildiyinə görə, sözügedən silahlı qarşıdurmanın azərbaycanlıların Babək qalasına ənənəvi yürüşü zamanı baş verəcəyi ehtimalı böyükdür. Məlumata görə, hazırda İranda yaşayan xalqlar istər mənəvi, istərsə də maddi, yəni, silah-sursat baxımdan baş verəcək olaya hazırlaşdırılır.


“Şərq” qəzetində yeni tərkibli Milli Məclisin qış və yaz sessiyalarında gördüyü işlər şərh olunub. Bildirilir ki, qış və yaz sessiyasında parlament 68 qanun və qərar qəbul edib, bir sıra konvensiyalar, ölkələrarası sazişlər təsdiq olunub. Lakin araşdırmalar göstərir ki, daha vacib hesab olunan qanun və qərarlar "68" rəqəminin içərisində yoxdur. Məsələn, “İpoteka kreditlərinin yüngülləşdirilməsi” və "Təhsil haqqında" qanun kimi problemlər hələ də öz həllini tapmayıb.


XS
SM
MD
LG