Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:11

“Üç nöqtə”: “Çimərliklər “quş qripi” yaya bilər”


Politoloq Vəfa Quluzadə “Yeni Azərbaycan” qəzetinin əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Rumıniyanın paytaxtı Buxarest şəhərində gözlənilən görüşündən hər hansı nəticənin əldə olunacağını real saymır. “Çünki həmsədrlər lazımi işlər görməyiblər”, - deyə qeyd edən politoloqun fikrincə, həmsədrlər gərək Ermənistanı təcavüzkar kimi tanısınlar və sonra tələb etsinlər ki, bu dövlət öz qoşunlarını Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarsın. Politoloqa görə, yalnız bundan sonra hər iki dövlət Dağlıq Qarabağın Azərbaycanın tərkibindəki statusunu müzakirə edə bilərlər.


“Bakı-Xəbər” qəzetinin əməkdaşı da Azərbaycan və Ermənistan prezidentlərinin Buxarest şəhərində gözlənilən görüşünü şərh edib. Müəllifin yazdığına görə, ekspertlər belə hesab edir ki, Rambuye görüşünün acı nəticələri Buxarest danışıqlarının da hər hansı konkret sonluqla yekunlaşmayacağını deməyə əsas verir. Lakin o da istisna deyil ki, ABŞ-ın konfliktin həlli istiqamətində cari il ərzində müəyyən irəliləyişlərə nail olunması üçün tərəflərə etdiyi təzyiqin güclənməsi və bu sahədə diplomatik aktivlik hər hansı nəticələrə gətirib çıxara bilər. Bu nəticələrin hasil olması üçün isə, şübhəsiz ki, Azərbaycanın müəyyən güzəştlərə getməsi vacib şərtdir.


“Üç nöqtə” qəzetindəki “Çimərliklər “quş qripi” yaya bilər” başlıqlı məqalədə isə bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “quş qripi” virusuna yoluxma hadisəsinin qeydə alınmadığını bildirsə də, çimərlik zonalarının əksəriyyətində quş cəsədlərinin aşkarlanmasına münasibət açıqlamayıb. Sahil ərazisində aparılan monitorinqlər isə sübut edib ki, ərazi cəsədlərdən təmizlənməyib, dezinfeksiya işləri aparılmayıb. Müəllif yazir ki, əlaqədar orqanların qarşılıqlı ittihamları çimərlik mövsümündən istifadə edənlərin virusa yoluxma ehtimallarının aradan qaldırılmadığını iddia etməyə əsas verir.


XS
SM
MD
LG