Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

«Yeni Fikir»çilərin məhkəməsi bu dəfə iyulun 3-nə qaldı


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin, onun müavinləri Ramin Tağıyevlə Səid Nurinin mayın 31-də keçirilən məhkəmə prosesi qalmaqalsız ötüşmədi. Zamində olan Səid Nuri vəsatət qaldıraraq ötən həftə Bakıda olan Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçilər Andreas Qrossla Andras Herkelin Ruslan Bəşirli və Ramin Tağıyevlə görüşə buraxılmamasının səbəbini soruşdu. Hakim Tofiq Paşayev həmin görüşlə bağlı ona müraciət edilmədiyini dedi.


Hakim işdəki ifadələri oxuyanda Ruslan Bəşirli təzyiq altında verdiyi üçün həmin ifadələrdən imtina etdi. Başqa bir qalmaqal isə vəkillərlə ittiham olunanlar arasında oldu. İttiham olunanlar dövlətin təyin etdiyi vəkillərdən imtina etdikləri üçün onların suallarına cavab vermədilər. Hakim isə dedi ki, belə şəraitdə prosesi apara bilməz. Növbəti proses iyulun 3-nə təyin olundu.


Səid Nuri isə hakimə etiraz edib məhkəməni məqsədli şəkildə uzatmaqda ittiham etdi. «Məhkəməni bir aydan artıq müddətə uzatmalarının səbəbi Avropa Şurası Parlament Assambleyasının iyun sessiyası ilə bağlıdır. Məhkəmə istəyir ki, o vaxta qədər proses uzansın. Çünki cənab Qross bizə demişdi ki, siz siyasi məhbuslar kimi tanınacaqsınız».


Hakim Tofiq Paşayev isə məhkəmənin uzun müddətə təxirə salınmasının səbəbinin ittiham olunanların sakitliyə əməl etməmələri ilə izah edir.


«Yeni Fikir»çilər məhkəmənin uzanmasına etiraz olaraq aksiyalar keçirməyi də planlaşdırırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG