Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13

Akif Nağı: «Bizim dolanmağımıza yavaş-yavaş sürünmək deyərlər»


"Azadlıq" radiosunun müxbiri İlqar Rəsulun Akif Nağı ilə müsahibəsi, 25 may 2006

"Azadlıq" radiosunun müxbiri İlqar Rəsulun Akif Nağı ilə müsahibəsi, 25 may 2006

«Tanınmışlar»ın budəfəki qonağı Azərbaycanın ictimai-siyasi mühitində daha çox radikal çıxışları ilə fərqlənir. Tələbə ikən bir çoxlarından fərqləndiyi üçün Moskvaya ali təhsilini davam etdirilməyə göndərilən bu adam sonradan Azərbaycanda mövqeyinə görə müəllimlikdən məhrum edildiyini deyir. O heç kimdən narazı deyil və kiminsə də ondan narazı qalmasına inanmır. Beləliklə həmsöhbətimiz Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağıdır.


Bildirir ki, rəhbəri olduğu Qarabağ Azadlıq Təşkilatı daim orta mərkəzçi mövqe tutmağı çalışır. Bununla belə deyir: «Azərbaycanda hələ də ədalətli, demokratik və düzgün seçkilər keçirilməyib».


Hazırda işləmir. «Bəs necə dolanırsınız» sualını isə belə cavablandırdı: «Bizim dolanmağımız dolanmaq deyil. Buna dolanmaq yox yavaş-yavaş sürünmək deyərlər».


1985-ci ildən Texniki Universitetdə çalışıb. 2004-cü ilin iyununda həbsdə olarkən çalışdığı ali məktəbin rəhbərliyi onu işdən azad edib. Bütün məhkəmə instansiyalarına müraciət etsə də, hətta Ali Məhkəmə belə onu öz işinə bərpa etməyib.


Akif Nağı Qarabağ məsələsinin cəmiyyət həyatında daim prioritet təşkil etdiyini vurğulayır. «Qarabağ məsələsinə Azərbaycanda biganə olan adam yoxdur».


DİNLƏYİN!


XS
SM
MD
LG