Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:24

İlham Əliyev NATO Parlament Assambleyasında çıxış edib


ANS televiziyasının məlumatına görə, prezident İlham Əliyev mayın 30-da NATO Parlament Assambleyasının sessiyadakı çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasının, 1 milyondan artıq azərbaycanlının münaqişə nəticəsində qaçqın düşməsinin həm Azərbaycan cəmiyyəti, həm də region üçün təhlükəli olduğunu deyib.


«Azərbaycan Ermənistanın Qarabağdan işğalçı qoşunlarını çıxarmasını istəyir» deyən prezident Azərbaycan torpaqlarının işğal altınla qalmasına, ərazisində ikinci Ermənistan dövlətini yaranmasına imkan verilməyəcəyini bildirib.


AzərTac dövlət İnformasiya agentliyinin məlumatına görə, prezident Əliyev mayın 30-da Fransa prezidenti Jak Şirakla görüşüb. Azərbaycan nümayəndə heyəti bir neçə ikitərəfli görüşlər keçirəndən sonra mayın 31-də Bakıya dönəcək.
XS
SM
MD
LG