Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:27

Ermənistan MDB Müdafiə nazirlərinin Bakı sammitinə dəvət olunmayıb


Mayın 31-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə nazirlərinin toplantısı keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyev deyir ki, günün sonunadək səkkiz ölkənin – Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, və Tacikistanın Müdafiə nazirliklərinin, eləcə də MDB İcraiyyə Komitəsinin və Müdafiə Nazirliyi Katibliyinin nümayəndə heyətləri Bakıda olacaqlar.


Rusiyanın Müdafiə naziri Sergey İvanov isə artıq Bakıdadır.


MDB Müdafiə nazirlərinin sammitindən sonra prezident İlham Əliyevin nümayəndələrlə görüşü gözlənilir.


Cənab Verdiyevin bildirdiyinə görə, Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Bakıya dəvət olunmayıblar. Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti isə məlumat yayıb ki, onlar təhlükəsizliyin təmin olunmaması səbəbindən Bakıda keçiriləcək toplantıya qatılmaqdan imtina ediblər.


Mayın 31-də səhər nümayəndələr toplantının məqsədini açıqlamaq üçün mətbuat konfransı keçirəcəklər.


İyunun 1-i nümayəndə heyətləri Bakını tərk edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG