Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23

Qızıl yataqlarının işlənməsi ilə bağlı yeni şirkətlərlə danışıqlar gedir


Azərbaycanın qızıl yataqlarının işlənməsi ilə bağlı yeni şirkətlərlə danışıqlar gedir. Mayın 30-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə deyib ki, hökumət Amerika (ABŞ), Kanada və Böyük Britaniya şirkətləri ilə müzakirələr aparır. Azərbaycanın indiyə qədər məlum olan bir neçə yatağının istismar edilməsi üçün isə hökumət Amerikanın «RV İnvestment» şirkəti ilə müqavilə bağlayıb. Bu yataqlarda 400 ton qızıl, 2500 ton gümüş, 1 milyon yarım ton mis ehtiyatının olduğu barədə məlumatlar var.



Günün bütün mövzuları

XS
SM
MD
LG