Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:04

Qafqazda korrupsiya

  • Andrey Babitski

«Xarici şirkətlərin çoxu da bu prosesə qoşulub»

«Xarici şirkətlərin çoxu da bu prosesə qoşulub»


Cənubi Qafqaz ölkələrində korrupsiya cəmiyyət həyatına hansı səviyyədə sirayət edib? «Qafqaz qovşağı»nda budəfəki buraxılışda bu məsələ müzakirə olunur.



Azərbaycanlı ekspert Fuad Ağayev deyir ki, Azərbaycanda neçə ildir xarici şirkətlər işləyir. Amma bu korrupsiyanın səviyyəsini azaltmır. «Birmənalı olaraq, deyə bilərəm ki, bu, korrupsiyanı heç azaltmır. Xarici şirkətlərin çoxu da bu prosesə qoşulub. Korrupsiyanın qarşısını almaq asandır, bunun üçün siyasi iradə lazımdır».


Ermənistanda korrupsiyanın səviyyəsindən bəhs edən Stepan Qriqoryan da deyir ki, bu neqativ hala qarşı mübarizə üçün siyasi iradə zəruridir. «Baxın, Ermənistan parlamentində deputat çıxış edib deyir ki, bilirsiniz nə var? Məndən siyasi bəyanatlar gözləməyin, mən bizneslə məşğulam! Yəni deputat özü bilmir ki, qanun ona biznesi qadağan edir».


Ekspert Rezo Sakeveraşvili də görülən tədbirlərə baxmayaraq, Gürcüstanda korrupsiyanın hələ də mövcud olduğundan danışır. «Gürcüstanda fondlara pul köçürməyə vadar olunan biznesmenlərin sayı bir deyil, iki deyil. O pullar hara gedir? Heç kim bilmir. Gürcüstanda korrupsiya aşağılarda azalıb, elitar korrupsiya xarakteri alıb».


DİNLƏYİN!


XS
SM
MD
LG