Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:56

İlham Əliyev Fransadadır


Fransada səfərdə olan prezident İlham Əliyev bazar ertəsi ilk olaraq Parisdə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. Bundan sonra Fransa iş adamlarını birləşdirən Fransa Müəssisələri Hərəkatının üzvləri ilə görüşüb. Günün sonunda prezident Fransanın “Total” neft şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib.


Azərbaycan nümayəndə heyətindən “Azadlıq” radiosuna verilən məlumata görə, mayın 30-da prezident İlham Əliyevin NATO Parlament Assambleyasının plenar iclasında çıxışı gözlənilir. Sessiyada müzakirə olunacaq məsələlər sırasına Qara dəniz regionunda əməkdaşlıq, Cənubi Qafqazda NATO-nun rolu, enerji təhlükəsizliyi, Çinin inkişaf çağırışı, Orta Asiya təhlükəsizliyi, İranın nüvə siyasəti və sairə daxildir.


Prezident İlham Əliyevin Fransa prezidenti Jak Şirak və Fransa Senatının rəhbərilə görüşəcəyi də bildirilir.


NATO Parlament Assambleyası hər üç Cənubi Qafqaz respublikası başçısını regiondakı durumla bağlı çıxış üçün iclasa dəvət etmişdi. Amma Ermənistan prezidenti Robert Koçaryan işinin çox olduğunu bildirərək sammitdə iştirakdan imtina edib. Gürcüstan prezidentinin iştirakı isə hələ bəlli deyil.


XS
SM
MD
LG