Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:16

«Sərhədsiz Reportyorlar» İranda tutulan azərbaycanlı jurnalistlərin azad olunmasını tələb edir


Təşkilat təkcə Təbrizdə 22 may aksiyası zamanı 50-dən çox azərbaycanlının tutulduğunu bildirir. Amma yerli fəallar həbs edilənlərin və ölənlərin sayının dəfələrlə çox olduğunu deyirlər


Təşkilat bildirir ki, iki azərbaycanlı jurnalist Amin Movahedi və Oruc Əmiri azərbaycanlıların aksiyasından sonra həbs olunublar. Amin Movahedi Ərdəbildə, Oruc Əmiri isə Mərənddə tutulub. “Sərhədsiz Reportyorlar” bildirir ki, hökumət azərbaycanlı jurnalistləri niyə saxladığını izah etməyib, onlar məhz müstəqil olduqları üçün qanunsuz təqibə məruz qalırlar. Azərbaycanlı jurnalist Movahedi evindən çıxarkən tutulub. İran rejiminə qarşı yazıları ilə tanınan jurnalisti bundan əvvəl də kəşfiyyat xidməti həbs edib. Oruc Əmirini isə mənzilində həbs ediblər, tutulması barədə order istəyəndə isə onu vurublar. Evdə axtarış aparıb, şəxsi əşyalarını götürüblər. Jurnalistin xanımı etiraz edəndə onu itələyiblər.


«Sərhədsiz Reportyorlar» Təşkilatı təkcə Təbrizdə mayın 22-də keçirilmiş aksiya zamanı 50-dən çox azərbaycanlının tutulduğunu bildirir. Amma yerli fəallar həbs edilənlərin və ölənlərin sayının dəfələrlə çox olduğunu deyirlər. İran hökuməti isə məlumatları təkzib edir.


«Sərhədsiz Reportyorlar» azərbaycanlıların aksiyalarının mətbuatda işıqlandırılmaması üçün İran hökumətinin təzyiqlər göstərdiyini deyir. Məlumatda bildirilir ki, “Sagi” qəzetinin redaktoru Hadi Dehqaniyə küçədə hücum olub, “Təbriz xəbərləri” qəzetinin redaktoru Peymant Pakmeher də bir neçə dəfə hədələnib. Hökumət onun telefonunu, internet saytına girişi bağlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG