Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:51

Çernoqoriyanın Qarabağa dəxli varmı?


Çernoqoriyayla Qarabağın bir yerdə bağlılığı var ki, o, da referendum ideyasıdır

Çernoqoriyayla Qarabağın bir yerdə bağlılığı var ki, o, da referendum ideyasıdır

Yerli politoloqların fikrincə, Azərbaycan Çernoqoriyadakı referendumdan qorxmamalıdır: «Lap ermənilər 100 dəfə də referendum keçirsələr, Azərbaycan buna razılıq verməsə, məsələ həll olunmayacaq»


Çernoqoriyada mayın 21-də keçirilmiş referendumda 55 faiz Serbiyadan ayrılmağa səs verəndən sonra «donmuş münaqişə» regionlarında bir canlanma yaşanır. Əks tərəfin fikrini isə Gürcüstanın keçmiş xarici işlər naziri bildirir: «Çernoqoriya ilə paralel aparmaq nəinki düzgün deyil, hətta təhlükəlidir».


«Nyu York Tayms»ın yazdığı kimi, Qərbin dəstəklədiyi hadisələr – Çernoqoriya və Kosovonun müstəqilliyi Rusiyanın əlinə presedent verə bilər.


Politoloq Rasim Musabəyov hesab edir ki, ümumiyyətlə, Çernoqoriyadakı referenduma yanaşma yanlışdır: «Presedenti Çernoqoriya yaratmayıb. Onu hələ 1991-ci ildə Baltikayanı respublikalar yaradıb, elə həmin ildə Azərbaycanın özü də referendum keçirib SSRİ-nin tərkibindən çıxmışdı. Slovakiya ilə Çexiya referendum keçirib ayrılmışdılar. Yəni əslində, Çernoqoriya hadisəsi müəyyən mənada 90-cı illərin əvvəlində başlanan prosesin tamamlanmasıdır».


Rasim Musabəyovun fikirlərinə şərik olan politoloq Sahib Məmmədov da bildirir ki, bu, separatçı qüvvələrə yalnız bəhanədir: «90-cı illərin əvvəlində təxminən eyni evolyusiyanı, amma qısa müddətə Çexoslovakiya Xalq Respublikası keçmişdi. SSRİ-nin 15 təsisçisi vardısa, Yuqoslaviyanın da 6 təsisçisi var idi. Ora daxil olan respublikalar parçalanma dövrü baş verəndə ayrıldılar, amma Çernoqoriya ilə Serbiya birlikdə qaldı. 2003-cü ildə onlar Belqrad razılaşmasına əsasən, Serbiya-Çernoqoriya birliyini yaratdılar. Yəni onlar əslində, hər ikisi beynəlxalq hüququn de-fakto ayrıca subyektləri idi. İndi nəticədə beynəlxalq hüququn iki yeni subyekti yaranıb. Yəni burada heç cür Dağlıq Qarabağla analogiya aparmaq mümkün deyil».


Sülh və Demokratiya İnstitutunda Konfliktlərin Həlli Departamentinin rəhbəri Arif Yunusun fikrincə isə, Azərbaycan referendumdan qorxmamalıdır: «Referendum yalnız o vaxt öz əksini tapır ki, münaqişədə iştirak edən hər iki tərəf buna razılıq verir. Serbiya razılıq verməsəydi, Çernoqoriya referendumla heç nəyə nail ola bilməyəcəkdi. Lap ermənilər 100 dəfə də referendum keçirsələr, biz buna razılıq verməsək, məsələ həll olunmayacaq».


DİNLƏYİN!


XS
SM
MD
LG