Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:14

Corc Buş İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib


ABŞ prezidenti Corc Buş azərbaycanlı həmkarı İlham Əliyevi 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib: «Keçən ay sizi Vaşinqtonda qəbul etmək çox xoş idi. Bizim görüşümüz ölkələrimizin təhlükəsizlik, enerji və demokratiya sahələrində bölüşdürdüyümüz maraqların inkişafı üçün tarixi bir imkan oldu».


Corc Buş hesab edir ki, Azərbaycan hökuməti Azərbaycan xalqı üçün firavan və ümidli gələcək qurmaqda davam edir: «Mən ümid edirəm ki, Siz xalqınızın gələcək uğurunu təmin etmək üçün lazımi demokratik və iqtisadi islahatları aparmaqda da davam edəcəksiniz. Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə nail olunması istiqamətində davamlı fəaliyyətinizi səbirsizliklə gözləyirəm».



XS
SM
MD
LG