Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:18

İran səfirliyinə növbəti etiraz



İran səfirliyi qarşısında aksiya 26 may 2006

Mayın 26-da Bakıda yaşayan və əslən azərbaycanlı olan bir qrupu İran vətəndaşı bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi. Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlı qurumun üzvləri olduqlarını bildirən aksiya iştirakçıları «İran» qəzetində azərbaycanlıları təhqir etdiyi güman olunan karikaturaya etiraz ediblər. Polis piketçilərin səfirliyin qarşısına toplaşmasına imkan verməsə də səfirliyin yaxınlığında onlara mane olmadı.


Piketçilər aksiyanın qətnaməsini İran səfirliyinə də vermək istədilər. Ancaq səfirliyin əməkdaşı qətnaməni qəbul etmədi.


İran səfirliyinin yaxınlığında bundan əvvəl də eyni tələblə bir neçə piket keçirilib.


XS
SM
MD
LG