Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:50

«Yeni Fikir»çilərin prosesi mayın 31-nə təxirə salındı


Mayın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyev və Səid Nurinin məhkəmə prosesi davam edib. Ruslan Bəşirli ötən dəfəki prosesdə qaldırdığı - əlavə şahidlərin dindirilməsi vəsatətinin məhkəmə tərəfindən qəbul edilməməsinə etirazını bildirib. Bu səbəbdən prosesdə qalmaqal baş verib.


Hakim edilən etirazlara əhəmiyyət verməyərək, prosesin mayın 31-də davam etdirilməsi qərara alınıb.


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyev və Səid Nuri hakimiyyəti zorla ələ keçirmə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunurlar.






XS
SM
MD
LG