Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:25

Taxıl fondu yaradılması planlaşdırılır


«Azərbaycanda taxıl fondu yaradılmalıdır, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gərgin olması belə fondun yaranmasına ehtiyac yaradır». Kənd təsərrüfatı naziri İsmət Abbasov mayın 25-də keçirdiyi mətbuat konfransında belə deyib. O əlavə edib ki, taxıl fondunun yaradılması zərurəti ilə bağlı Nazirlər Kabinetinə də müraciət eləyib.


Bu il Azərbaycanda 2 milyon 200 min ton taxıl yığılması planlaşdırılır. Ölkənin taxıla olan illik tələbatı isə 3 milyon tondur. Azərbaycan ehtiyacının qalan hissəsini əsasən, Qazaxıstan və Rusiyadan alır.


Nazir onu da bildirir ki, hazırda aqrar sektorun inkişafını nəzərdə tutan 2007-2015-ci illəri əhatə eləyəcək proqram hazırlanır. Sənədə görə, ölkəyə xaricdən mal gətirənlər yerli istehsalçıları üstələyə bilməzlər.


Nazir həm də deyib ki, dizel yanacağının bahalaşması kənd təsərrüfatı mallarının qiymətinə orta hesabla 7,2 faiz təsir edir. Onun fikrincə, qiymətlər də elə təxminən bu qədər artmalıdır.


İlin əvvəlində dizel yanacağı iki dəfə bahalaşandan sonra yerli QHT-lər deyirlər ki, bu, kənd təsərrüfatı mallarının azı 25-30 faiz bahalaşmasına gətirib çıxaracaq.


XS
SM
MD
LG