Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:20

Mayın 25-də axşam Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel Bakıya gələcək. Səfərdə məqsəd Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin necə yerinə yetirilməsinin monitorinqini aparmaqdır.


Mayın 26-da həmməruzəçilər Bakıda Prezident Aparatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğun rəsmiləri, siyasi partiya nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşəcəklər.


Həmməruzəçilərin həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevə də baş çəkəcəkləri gözlənir.


Andreas Qross və Andres Herkel sonuncu dəfə Bakıya ötən il 6 noyabr parlament seçkisindən sonra səfər edib. AŞ PA-nın yanvar sessiyasında Andreas Qross Azərbaycan nümayəndələrinin mandatına baxmağı təklif etsə də, sonda nümayəndə heyətinin mandatı təsdiqləndi. Ancaq Azərbaycana dair qəbul edilmiş xüsusi qətnamə bu ölkəni Avropa Şurası öhdəliklərini tam yerinə yetirməyə çağırırdı.


Həmməruzəçilər AŞ PA-nın iyun sessiyasına Azərbaycanın öhdəliklərinə dair ayrıca hesabat təqdim edəcəklər. Siyasi məhbuslarla bağlı məsələ də həmin hesabata salınacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG