Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Sentyabrın 12-də Gəncənin 2500 illiyi qeyd olunacaq


Bu ilin sentyabrın 12-də Gəncənin 2500 illiyi qeyd olunacaq. Bu barədə şəhərin embleminin və gerbinin şərəfinə ucaldılan abidənin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirdi. Onun sözlərinə görə, tarixi araşdırmalar Gəncənin şəhər kimi yaranmasının eramızdan əvvələ təsadüf etdiyini göstərir: «Bugünə qədər Gəncənin tarixi V əsrdə götürülürdü. Amma elə Azərbaycan Sovet Ensiklopediyasında göstərilir ki, Makedoniyalı İsgəndərin dövründə Gəncənin adı şəhər kimi çəkilir. Elə bu rəqəm 2300 il edir».


Hərbi paradla müşayiət edilən mərasimdə XVIII əsrdə Gəncəyə hakimlik etmiş və rus imperiyasına qarşı döyüşdə həlak olmuş Cavad xanın bayrağı da qaldırıldı. Bunu vətənpərvərlik rəmzi kimi qiymətləndirən cənab Əzizovun fikrincə, hər kəs öz şəhərinin tarixini, ənənəsini bilməlidir. Gəncənin qədim şəhərlər sırasına aid edilməsi üçün şəhər rəhbərliyi YUNESKO-yada müraciət edəcək. Ancaq bunun üçün Azərbaycan Elmlər Akademiyası öz tarixi arayışını verməli, bu hüququ tanımalıdır.


Eldar Əzizov onu da dedi ki, qədim Gəncə xarabalıqlarında muzey yaradılmasıyla bağlı hazırlanan layihə üzrə işlər bir-iki aya tamamlanacaq və sonra ictimaiyyətin müzakirəsinə çıxarılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG