Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:03

Əfşar Süleymani: «İran azərbaycanlılarının etiraz etməsi onların haqqıdır»


İranın Azərbaycandakı səfiri Əfşar Süleymani çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, İrandakı azərbaycanlıların «İran» qəzetində yazılanlara etiraz etməsi onların təbii haqqıdır. Amma səfir əlavə edir ki, etirazların zorakı yollarla bildirənlər cəzalandırılacaq.



İranın Azərbaycandakı səfiri Əfşar Süleymani, 27 dekabr 2004
İran parlamentində millət vəkillərinin də təhqirlərə etiraz etdiklərini deyən səfirə görə, müzakirələrdə hətta, İran Mədəniyyət nazirinin istefaya göndərilməsi məsələsi də qaldırılıb.

Səfir həmçinin xəbərdarlıq edir ki, bu hadisələrdən istifadə edib xarici qüvvələrin dəstəyilə müxtəlif qanunazidd hərəkət edənlər qanun qarşısında cavab verməli olacaqlar.


Mayın 24-də özünü Gənc Türklər Təşkilatı adlandıran qurumun bir qrup üzvü də Bakıda İran səfirliyinin binasına yaxın ərazilərdə piket keçirdi. Aksiya iştirakçıları İranda azərbaycanlılara qarşı zorakılıqlara son qoyulması tələb edirdi. Onlar səfirliyin binasına yaxınlaşmaq istəsələr də, polis buna imkan vermədi. Etirazçılardan ikisi qısa müddətə saxlandı. 10-15 dəqiqə davam edən piketdə gənclər dünya dövlətlərinə müraciət edərək, İranda baş verənlərə biganə qalmamağa, insan hüquqlarını ciddi şəkildə pozduğuna görə, bu ölkəyə sanksiya tətbiq edilməsinə çağırdılar.


Bir neçə gün öncə rəsmi mətbuat orqanı olan «İran» qəzetində azərbaycanlıların təhqir edildiyi güman olunan karikaturalar dərc edilib. Nəticədə İranın bir neçə şəhərində azərbaycanlılar etiraz aksiyaları keçiriblər. Aksiya iştirakçıları ilə güc strukturları arasında qarşıdurmada xəsarət alanların olduğu barədə məlumatlar var.


XS
SM
MD
LG