Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14

Parklar nəyin hesabına salınır?


Bakıda Heydər Əliyev parkı, 10 may 2005

Bakıda Heydər Əliyev parkı, 10 may 2005

Rayonlarda eks prezident Heydər Əliyevin adını daşıyan parkların salınması demək olar ki, indi dəb halını alıb. Bölgələrin əksəriyyətində belə parklar salınır və sonra da rayon rəhbərliyi prezident İlham Əliyevin həmin rayona gələcəyi günü gözləyir.


Rayonlarda salınan və prezidentin səfərləri ilə açılış mərasimi keçirilən parklar hansı vəsaitlərlə tikilir? Dövlət büdcəsindən bu işlərə ayrılan pullar həmin işlərin sona çatdırılmasına çatırmı? «Şəffaflıq»ın budəfəki buraxılışında bu suallara aydınlıq gətirilməsinə çalışacağıq.


Salyan rayon sakini Emil Məmmədov deyir ki, rayonda açılışına hazırlıq gedən Heydər Əliyev adına parkda üç ildir ki, abadlıq işləri aparılır. Hər dəfə də o qədər də böyük olmayan əraziyə xeyli pul xərclənir. Keçmiş icra başçısının vaxtında bu parkın bərpasına 70 min dollar qrant ayrılıb. Həmin pula bütün park dəmir hasara alınıb. Amma rayona yeni icra başçısı təyin olunandan sonra həmin parkda başqa bir formada abadlıq işlərinə başlanılıb.


Oxşar situasiya ilə təkcə Salyan rayonunda deyil , digər rayonlarda da rastlaşmaq mümkündür. Yardımlı rayonunda Heydər Əliyev parkının tikintisində qaynaqçı işləmiş Əkrəm Ağayev deyir ki, parkın ətrafındakı bütün dəmir hasarları o dostu ilə birgə düzəldib, onlara bir-iki ay pul verilib, sonrakı aylardakı əməkhaqlarını isə indiyə qədər də ala bilmirlər.


Salyan Rayon İcra Hakimiyyəti Tikinti Şöbəsinin müdiri Teyyub Hüseynov deyir ki, onlar rayonda abadlıq işlərini büdcə vəsaitləri və daxili imkanlar hesabına aparırlar. Daxili imkanlar deyərkən cənab Hüseynov sahibkarların cəlb edilməsini nəzərdə tutur.


Yardımlı rayon icra başçısının birinci müavini Etibar Fərruxova görə, rayonda yeni tikilən və təmir edilən məktəblərin bir hissəsini Neft Fondu və «Baku European Tobacco» şirkəti özü həyata keçirib. Yəni bu işlərin rayon icra hakimiyyətinə heç bir aidiyatı olmayıb.


İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Rövşən Ağayev deyir ki, parkların hansı vəsait hesabına abadlaşdırılmasının heç bir statistikası aparılmır. Cənab Ağayevə görə, Azərbaycan qanunvericiliyində göstərilir ki, 250 milyon manatdan artıq iş görən və xidmət göstərən dövlət təşkilatları, o cümlədən dövlət payı 30 faizdən yuxarı olan səhmdar cəmiyyətlər bu kimi işlərin həyata keçirilməsi üçün tender elan etməlidir və vəsaitlər də qazanılan həmin tender çərçivəsində xərclənməlidir.


DİNLƏYİN!


XS
SM
MD
LG