Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 01:56

Goranboyda Batumudən gələn yük qatarı hərbi texnika ilə toqquşub



Yük qatarı hərbi texnika ilə toqquşub, 24 may 2006
Mayın 24-də saat 12-yə işləmiş Goranboyun Zazalı stansiyasında Batumudən gələn yük qatarı Azərbaycan ordusunun hərbi texnikası ilə toqquşub. Hərbçilər arasında yeddi nəfər yaralanıb. Yaralılar Gəncə hərbi hospitalına yerləşdirilib, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Toqquşmada BTR – zirehli döyüş maşını sıradan çıxıb, qatardakı yeddi-səkkiz sistern isə aşıb, lokomotiv sıradan çıxıb. Maşinist İslam Rəcəbovun bildirdiyinə görə, o, qəzanın qarşısını almaq üçün ehtiyat əyləcdən istifadə etsə də, hadisədən yayınmaq mümkün olmayıb.

Gəncə Dəmir Yolu İdarəsinin rəis müavini Füzuli Kərimov isə deyir ki, dəmiryolundan hərbi texnika keçirilərkən onlara rəsmi müraciət olunmalı idi: «Ancaq bizə belə bir müraciət edilməyib».



Günün bütün mövzuları

XS
SM
MD
LG