Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 06:11

Ermənistanın sabiq spikeri hakimiyyətə qarşı mübarizə aparacağını deyir


Bazar ertəsi rəsmi istefa vermiş Ermənistan parlamentinin sədri Artur Bağdasaryan rəhbərlik etdiyi Qanunçuluq Partiyasının 2007-ci il parlament seçkiləri ərəfəsində müxalifətə keçdiyini bəyan edir.


Cənab Bağdasaryan bunu «Azadlıq» radiosuna verdiyi eksklüziv müsahibədə deyib.


R əhbərlik etdiyi partiyanın hazırda ölkədə ən iri siyasi t əşkilat olduğunu deyən Bağdasaryan əlavə edib ki, Qanunçuluq Partiyası indi qarşıdan gələn seçkilərə müxalif siyasi qruplarla birg ə və ya tək getməsini müəyyən etməlidir və bu variantlardan heç biri istisna deyil.


Bağdasaryan indi Ermənistanda prezident Robert Koçaryanın əsas xələfi sayılan Müdafiə naziri Serj Sarkisyan da daxil olmaqla hakimiyyətə qarşı mübarizə aparacağını deyib.


XS
SM
MD
LG