Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

«Yeni Azərbaycan» «GUAM-ın MDB-ni dağıtmaq üçün yaradılması haqqında fikirlər həqiqəti əks etdirmir»


Bugünkü qəzetlərin əksəriyyətində əsas mövzu Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova dövlət başçılarının Kiyev sammiti ilə bağlıdır. «Yeni Azərbaycan» qəzetində GUAM dövlət başçılarının Kiyev sammitini şərh edən politoloq Mübariz Əhmədoğlunun fikrincə, bu sammitdə qurumun daha aktiv fəaliyyətinə mane olan bir sıra amillər aradan qalxacaq. Xüsusilə, bundan sonra sözügedən qurum daha intensiv və daha aktiv şəkildə fəaliyyət göstərəcək. M.Əhmədoğlu hesab edir ki, bu aktivlik əsasən, əvvəlcədən bəyan olunmuş sahələrdə özünü göstərəcək. Bununla yanaşı, təşkilat yaradılarkən fəaliyyət istiqaməti kimi nəzərə alınmamış istiqamətlərdə də GUAM-ın bundan sonrakı fəaliyyəti üçün zəmin yaranacaq. Ekspert GUAM-ın Qərb tərəfindən MDB-ni dağıtmaq üçün yaradılması haqqında yayılan fikirlərin isə həqiqəti əks etdirmədiyi düşüncəsindədir.


«525-ci qəzet»də isə bildirilir ki, sammitdə GUAM liderlərinin imzaladığı bəyannaməyə əsasən bu qurum hə­lə 1997-ci il­də tə­sis olu­nar­kən qar­şı­ya qoy­du­ğu mə­ra­mı­nı - Av­ro­at­lan­ti­ka mə­ka­nı­na in­teq­ra­si­yanı do­ğ­rult­maq, həm də hə­qi­qə­tən re­gio­nal güc mər­kə­zi­nə çev­ril­mək əz­min­də­dir. Bir­gə bə­yan­na­mə­də vur­ğu­la­nır ki, GU­AM re­gio­nal əmək­daş­lıq təş­ki­la­tı ki­mi üzv öl­kə­lə­rin Av­ro­pa Bir­li­yi və NA­TO-ya in­teq­ra­si­ya­sı is­ti­qa­mə­tin­də fə­al rol oy­na­ya­caq, de­mok­ra­ti­ya, sa­bit­lik və təh­lü­kə­siz­li­yin tə­min olun­ma­sı­na öz töh­fə­si­ni ve­rə­cək. Sə­nə­də əsa­sən, GU­AM ABŞ-la, elə­cə də di­gər döv­lət və təş­ki­lat­lar­la bir­gə la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­sin­də iş­ti­rak et­mək niy­yə­tin­də­dir. Sə­nəd­də qeyd olu­nur ki, təş­ki­lat bu mə­ram və prin­sip­lə­ri qə­bul edən bü­tün öl­kə­lər üçün açıq­dır.


XS
SM
MD
LG