Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:19

«Yeni Müsavat»: «Barmek»in vitse-prezidenti Ömər Güner həbsdən azad olunub»


«Ayna» qəzetinin əməkdaşı yazır ki, bu günlərdə dünyanın müxtəlif internet saytlarında İran İslam Respublikasının İslam Şurası Məclisində qeyri-müsəlmanların müsəlmanlardan seçilməsi üçün dini azlıqları geyimlərində xüsusi fərqlənmə nişanları


gəzdirməyə məcbur edən qanunun qəbul edilməsi barədə yayılan informasiyalar böyük sensasiyaya səbəb oldu. Lakin sonradan bu cür məlumatların yalan olduğunu əks etdirən təkziblərin verilməsi və belə bir qanunun qəbul edilməsi barədə yayılanların həqiqətəuyğun olmadığının aşkar edilməsi daha maraqlı mənzərə yaratdı. Artıq problemin məqsədli şəkildə ortaya atıldığı barədə fikirlər dolaşmağa başlayıb. İran İslam Respublikasının Azərbaycandakı səfirliyi hesab edir ki, bu cür informasiyanı yayanlar belə böyük bir yalan uydurmaqla, habelə, bunu faşistlərin hərəkətlərinə bənzətməklə ölkənin imicinə xələl gətirmək istəyirlər.


«Yeni Azərbaycan» qəzetindəki «Xırda pul problemi, yoxsa texniki inflyasiya» başlıqlı məqalədə müəllif yazır ki, son vaxtlar əhali tez-tez xırda pul problemi ilə qarşılaşır. Avtobusdan düşəndə sürücüyə 1000 manat (köhnə) və ya 20 qəpik (yeni) verib, pulunun qalığını gözləyən sərnişin əvəzində «xırdam yoxdur» - sözünü eşidir. Mağazaların böyük əksəriyyətində isə pulun qalığı əvəzinə alıcıya 250 manata «Qalina blanka», 500 manata şokalad qaytarırlar. Bütün bunlar xüsusən də aztəminatlı əhalini narazı salır. Ekspertlər bildirirlər ki, xırda pulların olmaması malların avtomatik bahalaşmasına, başqa sözlə, texniki inflyasiyaya səbəb olur. Bəzi mağaza sahibləri və satıcılar da xırda pul qaytarmaqdan yayınmaq üçün, hətta qiymətləri yuvarlaqlaşdırmaqdan da çəkinmirlər. Milli Bankdan isə bildirirlər ki, ölkədə yetərincə xırda pul var və dövriyyəyə buraxılıb. Sadəcə, özəl mağaza və marşrut sahibləri banklarla işləmədiklərinə görə, xırda pul tapa bilmirlər.


«Yeni Müsavat» qəzeti xəbər verir ki, «Barmek» şirkətinin vitse-prezidenti Ömər Güner həbsdən azad olunub. Resrublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyevin verdiyi məlumata görə, mayın 18-də Ö.Günerin barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək, ölkəni tərk etməyəcəyi barədə iltizam alınaraq sərbəst buraxılıb. Müəllif adını açıqlamadığı mənbəyə istinadən yazır ki, Ö.Günerin nəbs qərarının dəyişdirilməsi Türkiyənin Baş nazırı Ərdoğanın israrlı tələblərindən sonra mümkün olub.


XS
SM
MD
LG