Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Təhsildə korrupsiya


Təhsil Nazirliyi korrupsiyaya qarşı mübarizə aparmaq üçün «qaynar xətt» yaradıb

Təhsil Nazirliyi korrupsiyaya qarşı mübarizə aparmaq üçün «qaynar xətt» yaradıb

Təhsildə korrupsiya problemi hər üç Cənubi Qafqaz ölkəsində var - Azərbaycanda da, Ermənistanda da, Gürcüstanda da. Rüşvət, tapşırıq, məktəbdənkənar hazırlıq, «fond pulu» - bu sözlər üç ölkənin heç birinə yad deyil.


Fərqli addımı Gürcüstanda atıblar. Məktəbləri idarə eləmək üçün şura yaradırlar. Direktoru da valideyn, müəllim və hətta şagirdin daxil olduğu həmin şura seçəcək.


Azərbaycanda isə Təhsil Nazirliyi korrupsiyaya qarşı mübarizə aparmaq üçün çoxdandır, « qaynar xətt » yaradıb. Şikayətləri qəbul etmək üçün nazirliyin internet səhifəsində ünvan, telefon nömrələri göstərilir ki, şikayəti olan desin.


Eyni problem Ermənistanda var. Təhsil nazirliyi məktəbin fondlara heç ehtiyacı olmadığını desə də məktəb fondları qalır. Ermənistan məktəbliləri tək fonddan yox, attestat alverindən də şikayətlənirlər. Karine Simonyan: «bir sinifdə 25 nəfər olduğu halda, dərsə 6 uşaq gəlir».


Aparılan araşdırmalar Gürcüstanda imtahan sisteminin yaxşılaşdığını göstərir. İndi Gürcüstanda qəbul imtahanlarının şərtləri Azərbaycandakı kimidir. Amma ölkəsində yox, xaricdə təhsil almaq istəyən gürcülərin sayı artır. Çünki, Gürcüstanda ali məktəbə qəbul olan da sevinmir. Jurnalistika fakültəsinin tələbələrindən bir deyir: «3 ildir, jurnalistika fakültəsində oxuyuram, hələ məqalə yazdırmayıblar. Süjet, məqalə yazmaq nədir? Mikrofonla necə rəftar olunmalıdır? - Bilmirik!»


DİNLƏYİN!


XS
SM
MD
LG