Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Dövlət qurumlarının hər biri öz saytını öz bildiyi kimi düzəldir


Vətəndaş dövlət qurumunun saytında normativ hüquqi aktlarla tanış ola bilmir

Vətəndaş dövlət qurumunun saytında normativ hüquqi aktlarla tanış ola bilmir

Söhbətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində hüquq şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov, media eksperti Azər Həsrət və Amerikanın IREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli iştirak edir


İndiyədək bir neçə dövlət qurumlarının İnternet saytlarının monitorinqini aparan Azər Həsrət deyir ki, məlumat vermək, açıqlıq baxımından ən yaxşı saytlar Daxili İşlər Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin saytlarıdır: «Bir qədər təzadlı olsa da, Daxili İşlər Nazirliyinin İnternet saytı 10 ballıq sistem üzrə 8 bal qazanaraq birinci, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin veb-saytı isə 7 baldan bir az çox toplayaraq, ikinci yerə çıxıb». Ən pis saytlar isə Dövlət Statistika KomitəsiMilli Məclisindir: «Milli Məclisin veb-saytı 1.4 balla 13 dövlət qurumu arasında ən axırıncı yeri tutub. Ondan bir qədər irəlidə 1.5 balla Dövlət Statistika Komitəsinin İnternet saytıdır».


Ələsgər Məmmədli isə təəssüflə bildirir ki, hazırda vətəndaş heç bir dövlət qurumunun saytına daxil olub birbaşa normativ hüquqi aktlarla tanış ola bilmir. Halbuki, «İnformasiya əldə etmək haqqında» qanunun 10-cu maddəsində deyilir ki, nəinki hüquqi aktlar, hətta onların layihələri belə İnternetdə yerləşdirilməlidir: «Yəni hələ qanun olmamışdan belə onun ictimai müzakirəsini təşkil etmək məqsədilə onu İnternetdə yerləşdirmək lazımdır».


«Niyə bir dövlət qurumunun İnternet saytı var, o birisinin yox və hərə öz saytını öz bildiyi kimi düzəldir» sualına cavabında Bəxtiyar Məmmədov deyir ki, «İnformasiya əldə etmək haqqında» qanun yeni olduğundan, onun tam şəkildə tətbiqi ona əlavələr olunmasını tələb edir: «Hələlik mövcud olan münasibətləri tənzimləmək üçün qanun qəbul edilib, İnternet resurslarının hazırlanması qaydaları müəyyən olunub. Bundan sonrakı mərhələ yəqin ki, bunu icra etməyən dövlət orqanları üçün sanksiyaların müəyyənləşdirilməsi olacaq».


DİNLƏYİN!


XS
SM
MD
LG