Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:58

Abbas Abbasov vəzifədən azad edildi


Prezident İlham Əliyevin sərəncamı ilə Baş nazirin birinci müavini Abbas Abbasov tutduğu vəzifədən azad edilib. Ona həm də «Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə» «İstiqlal» ordeni verilib.


Cənab Abbasov 14 il idi ki, Baş nazirin birinci müavini işləyirdi.


Sərəncamdan əvvəl rəsmi informasiya agentliyi «AzərTAc» Abbas Abbasovun vəzifəsindən getmək istədiyi barədə prezidentə müraciətini yayıb. O, istəyini əsaslandırarkən bildirib ki, məmurların iş müddəti müəyyən məntiqi çərçivədə olmalı, kadrlar arasında durmadan rotasiya getməli, idarəçiliyə yeniləşən şəraitə uyğun, müasir düşüncəli insanlar cəlb edilməlidir.





XS
SM
MD
LG