Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:55

BMT Əfqanıstandakı şiə müsəlmanları ilə bağlı yeni qanundan narahatdır


BMT-nin İnsan Haqları üzrə Komissarı Əfqanıstandakı şiə müsəlmanları ilə bağlı yeni qanundan, xüsusən də bu qanunun qadın hüquqlarına təsirindən narahat olduğunu bildirib. Hələ nəşr olunmayan qanun artıq prezident Həmid Kərzai tərəfindən imzalanıb və parlamentə ötürülüb. Məlumata görə, bu qanun zorla evlənməni qanuniləşdirir və əfqanlı şiə qadınlara ərlərinin icazəsi olmadan evi tərk etməyi qadağan edir. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pillay bu qanunu səhv idarəetmənin bir addımı kimi qiymətləndirib.

Əfqanıstan əhalisinin 10 faizi şiə icmasındandır.

XS
SM
MD
LG